15 C
Baku
Tuesday, April 23, 2024

Lirə depozitlərini qorumaq aləti Türkiyəyə $8.1 mlrd.-a başa gəlib

Türkiyədə əhalinin dollar alışını azaltmaları və vəsaitlərini Türk Lirəsində saxlamaları üçün məzənnəyə bağlı (indeksli) Türk lirəsi depozit alətinin keçən il tətbiq olunduğu gündən bəri dövlətə təxminən 150 milyard lirəyə (8.1 milyard dollar) başa gəlib.

Banker.az xəbər verir ki, bunun ölkənin birinci vitse-prezidenti Fuat Okyat bildirib.

Çərşənbə günü parlament komissiyasında çıxış edən F.Oktay, daha sonra yayımlanan protokollara görə, proqramın sentyabrın sonuna kimi Xəzinədarlığa 84.9 milyard lirəyə və Mərkəzi Banka bu məbləğin “təxminən 75%-nə” başa gəldiyini deyib.

Rəqəmlər müxalifətin keçən həftə parlamentdə xərclərin payına dair suallardan yayındığına görə Türkiyə Mərkəzi Bankını tənqid etməsindən sonra ortaya çıxıb.

Lirə dollar qarşısında rekord aşağı səviyyəyə endikdən sonra hökumət dekabr ayında milli valyutaya əsaslanan əmanətləri təşviq etmək üçün xarici valyuta ilə qorunan depozit hesablarını tətbiq edildi.

Əmanətçilər artıq saxladıqları lirə ilə və ya çevirdikləri xarici valyuta ilə hesab aça bilərlər. Əgər lirə hesabın faiz dərəcəsindən çox aşağı düşərsə, birinci qrupa fərqi Xəzinədarlıq, ikinci qrupa isə Türkiyə Mərkəzi Bankı ödəməlidir.

Lirənin ucuzlaşma tempi son bir ayda 0.6%-ə qədər yavaşlayıb, amma ilin əvvəlindən bu tərəfə dollara nisbətdə 28.5% ucuzlaşıb. Bu da Argentina pesosu istisna, ən pis göstəriciyə malik olan valyutadır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər