Litva Ukraynaya iki partiya hərbi yardım göndərəcək.
Bu barədə Litvanın müdafiə naziri Arvidas Anuşauskas feysbukda yazıb.
“Litva da Ukraynaya silah göndərməyə hazırlaşır. Hazırlıq işləri tamamlanandan sonra bu barədə elan ediləcək. Bu, Litvanın fevral ayından sonra göndərdiyi 29 və 30-cu partiyalar olacaq”, – nazir yazıb.