2 C
Baku
Saturday, December 14, 2024

Litvanın ən böyük turoperatorunun gəlirləri 80 faizdən çox azalıb

Bu ilin yanvar-noyabr aylarında Litvanın ən böyük turoperatorlarından olan “Novaturas”ın gəlirləri 32,4 milyon avro təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə nisbətdə 81 faiz azdır.

Nasdaq birjasının yaydığı məlumata əsasən, ötən ay aviaqrupun gəliri 0,2 milyon avro təşkil edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 98 faiz azlıq təşkil edir.

Məlumata görə, bu ilin on bir ayı ərzində şirkət 47,8 min müştəriyə xidmət göstərib ki, bu da ötən il ilə müqayisədə 83 faiz azdır.

Şirkətdən verilən məlumata görə, noyabr ayında baş verən dəyişikliklər səbəbi ilə “Novaturas” bütün bazarlarda fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər