2 C
Baku
Saturday, December 14, 2024

Liz Tras baş nazir seçiləcəyi təqdirdə Şimal dənizində neft hasilatına icazə verəcəyini bildirib

Britaniyanın xarici işlər naziri Liz Tras baş nazir seçiləcəyi təqdirdə Şimal dənizində neft hasilatına lisenziyaları bərpa edəcəyini bildirib.

Neft hasilatına lisenziya verilməsi Trasın baş nazir postunda ilk addımlarından ola bilər.

Nəşr yazır ki, britaniyalı siyasətçilər enerji hasilatını və resurslarını artırmağa çalışır, Norveçdən qaz tədarükünü sürətləndirirlər. Bununla belə, ekspertlər Trasın açıqlamasına şübhə ilə yanaşırlar. Onların fikrincə Şimal dənizində neft hasilatı Britaniyada enerji daşıyıcılarının kəskin ucuzlaşması ilə nəticələnə bilər.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər