8 C
Baku
Friday, December 13, 2024

Liz Tras Makronu ölkəsinin dostu və düşməni adlandırmağa qərar verməyib

Böyük Britaniyanın Xarici işlər naziri, Baş nazirliyə namizəd Liz Tras bildirib ki, hələ Fransa prezidenti Emmanuel Makronu ölkəsinin dostu və düşməni adlandırmağa qərar verməyib.

Bu barədə Sky News məlumat yayıb.

Avqustun 25-də Noric şəhərindəki təbliğat kampaniyasında hər 2 namizədin Makrona münasibəti soruşulub. Keçmiş maliyyə naziri Rişi Sunak Fransa prezidentini Britaniyanın dostu adlandırıb.

Liz Trasın cavabı isə belə olub: “Hələ məlum deyil… Baş nazir seçilərəmsə onun sözlərinə deyil, əməllərinə qiymət verəcəm”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər