13 C
Baku
Friday, April 19, 2024

Liz Trass: “Britaniyanın Baş naziri olsam, Putinin Ukraynadakı məğlubiyyətini təmin etməyə çalışacam”

“Böyük Britaniyanın Baş naziri olsam, Ukraynanın ən yaxşı dostu olacam və dərhal Prezident Volodimir Zelenskiyə zəng edəcəm”.

Bunu Britaniyanın xarici işlər naziri Liz Trass deyib.

“Ukraynaya daha çox silah və humanitar yardım göstərmək üçün müttəfiqlərlə çalışmağa davam edəcəm. Baş nazir kimi Boris Consonun yolunu davam etdirəcəm və Ukraynanın ən yaxşı dostu olacam. Putinin Ukraynadakı məğlubiyyətini təmin etməyə çalışacam”, – o vurğulayıb.

Qeyd edək ki, hazırda L.Trassın əsas rəqiblərindən biri maliyyə naziri Rishi Sunakdır.

Xatırladaq ki, keçmiş Baş nazir Boris Consonun NATO Baş katibi olacağı iddia edilir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər