23 C
Baku
Tuesday, May 28, 2024

Londonda kraliça II Elizabetlə vida mərasimi keçirilir

Böyük Britaniya kraliçası II Elizabetlə ictimai vida mərasimi başlayıb.

Vida mərasimi Londondakı Vestminster sarayında keçirilir.

Mərasimdə kral III Çarlz və monarxın digər övladları – şahzadə Anna, York hersoqu Endryu və Uesseks qrafı Edvard iştirak edirlər.

Parlamentin ən böyük və ən qədim zalı kraliçanın dəfn mərasimi günü – sentyabrın 19-u saat 09:30-a qədər açıq olacaq.­

Xatırladaq ki, II Elizabet sentyabrın 8-də 96 yaşında vəfat edib.

II Elizabet 1952-ci il fevralın 9-da taxta oturub. O, 14 müstəqil dövlətin – Avstraliya, Antiqua və Barbuda, Baham adaları, Beliz, Qrenada, Kanada, Yeni Zelandiya, Papua Yeni Qvineya, Sent-Vinsent və Qrenadin, Sent-Kits və Nevis, Sent-Lüsiya, Solomon adaları, Tuvalu, Yamaykanın monarxı olub.

 

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər