14 C
Baku
Wednesday, April 17, 2024

L’Oréal öz pərakəndə bölməsi The Body Shop-u 1 milyard avroya satır

Banker.az Financial Times nəşrinə istinadən xəbər verir ki, Fransanın nəhəng L’Oréal şirkəti öz pərakəndə satış ilə məşğul olan The Body Shop bölməsini 1 milyard avroya satmaq niyyətindədir.

Agentliyin verdiyi məlumata görə, hələ ki, şirkəti almağa namizədlərin kim olduğu açıqlanmır. Satış haqqında qərar isə The Body Shop satışlarının enməsi ilə əlaqədar verilib. Belə ki, 2016-cı ilin ilk yarısında riteylerin satışları 0,6%, yəni 398,6 milyon avroya qədər enib. Satış şəbəkəsinin əməliyyat zərəri 7,2 milyon avrodan 22,2 milyon avroya qədər artıb.

The Body Shop dünyanın 66 müxtəlif ölkəsində 3 000 mağazaya sahibdir. Şəbəkə 2011-ci ildə L’Oréal şirkəti tərəfindən əldə edilmişdi və müqavilənin dəyəri 652,3 milyon funt sterlinq (811,52 milyon dollar) təşkil edirdi.

Son xəbərlər
Digər xəbərlər