-1 C
Baku
Sunday, December 15, 2024

LPO “Muğanbank” ASC-yə qarşı tələblərin qeydiyyat müddətinin uzadılması barədə

®Məlum olduğu kimi, Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2-3(103)-54/2023 nömrəli qərarı ilə “Muğanbank” ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. 

27 oktyabr 2023-cü il tarixdən etibarən ləğv prosesində olan “Muğan Bank” ASC-yə qarşı tələblərin yazılı şəkildə qeydə alınmasına başlanılmışdır. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının mediada ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. 

Adıçəkilən Qanunun 76.1-ci maddəsinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, 2-3(103)-54/2023 nömrəli qərarına əsasən ləğv prosesində olan “Muğanbank” ASC-yə qarşı tələblərin yazılı şəkildə qeydə alınması müddəti  30 gün uzadılmışdır.

Məlumat üçün bildiririk ki, tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:

kreditorun adı və ünvanı;

tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;

tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.

Ləğv prosesində olan “Muğanbank” ASC–nin kreditorlarından xahiş olunur ki, 24 yanvar 2024-cü il tarixədək kreditor tələblərinin qeydiyyata alınması üçün aşağıda qeyd olunan ünvana müraciət etsinlər:

Ləğv prosesində olan “Muğanbank” ASC–nin Baş ofisi.

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 21B.

Əlaqə: (+994) 941.

Son xəbərlər
Digər xəbərlər