Belarus Azərbaycana yeni səfir təyin edib.
Belarus prezidentinin Mətbuat xidməti xəbər verir ki, dövlət başçısı Aleksandr Lukaşenko Andrey Ravkovu Belarus Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edib.
Qeyd edək ki, Belarusun Azərbaycandakı hazırkı səfiri Gennadi Axramoviç bu vəzifədə 2015-ci ildən bəri çalışıb.