11 C
Baku
Monday, November 25, 2024

Lukaşenko Rusiyaya gedib

Belarus Prezidenti Aleksandr Lukaşenko mayın 24-də Rusiyaya işgüzar səfər edib.

Bu barədə Belarus Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Aleksandr Lukaşenko II Avrasiya İqtisadi Forumunda iştirak edəcək.

Məlumata görə, Belarus Prezidentinin səfər proqramı çox əhatəlidir. Onun Rusiya Prezidenti Vladimir Putinlə görüşü də planlaşdırılıb.

Qeyd edək ki, Aleksandr Lukaşenko sonuncu dəfə bu il mayın 9-da Böyük Vətən Müharibəsində qələbənin 78-ci illiyinə həsr olunan paradda iştirak etmək üçün Moskvada səfərdə olub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər