9 C
Baku
Thursday, December 12, 2024

LUKOIL və Qazaxıstan 2028-ci ildə Xəzərdə neft hasilatına başlayacaq

LUKOIL və Qazaxıstanla birgə 2028-ci ildə Xəzər dənizindəki Kalamkas-Xəzər dəniz yatağında hasilata başlamağı planlaşdırılır. Hasilatın ildə 4 milyon ton neft olacağı gözlənilir.

Qazaxıstanın milli neft-qaz şirkəti KazMunayQaz ( KMG ) və Rusiyanın LUKOIL neft şirkəti 2023-cü il fevralın 9-da Astanada Xəzər dənizinin Qazaxıstan sektorunda Kalamkas-dəniz, Xəzər, Auezov yer təkinin işlənməsi layihəsi ilə bağlı bir sıra sazişlər imzalayıblar. Bununla da LUKOIL əməliyyat şirkətində 50% payla Qazaxıstan sektorunda Xəzər şelfində yerin təki blokunun işlənməsində KMG-nin strateji tərəfdaşı olub.
Kalamkas–dəniz və Xəzər yataqlarının ümumi ehtiyatları 81 milyon tondur .

Xatırladaq ki, 2023-cü il fevralın 6-da KMG Xəzər dənizinin Qazaxıstan sektorunda yerləşən Kalamkas-dəniz, Xəzər, Auezov yer təki blokunda (mürəkkəb dəniz layihəsi) yer təkindən istifadə hüququnu alıb.
Sonra Qazaxıstanın Energetika Nazirliyi və KMG arasında bu layihə üzrə təkmilləşdirilmiş nümunəvi müqavilə (EMC) imzalanıb – quruda və dənizdə mürəkkəb layihələrin işlənməsi üçün rəqabət qabiliyyətinin artırılması və əlavə investisiyaların cəlb edilməsinə şərait yaradılmasına yönəlmiş yeni müqavilə növü.
Layihədə KMQ-nin strateji tərəfdaşı kimi “LUKOIL” şirkətinin seçildiyi, sonradan şirkətlərin layihədə bərabər paylara sahib olacağı dəqiqləşdirilib .

Son xəbərlər
Digər xəbərlər