Lüks bazarın ən sürətlə böyüyən seqmenti çöküb

Avropanın ən iri lüks brendlərinin Dubay və Əbu-Dabidə satışları azalıb. Buna səbəb İranla bağlı münaqişənin sektorun ən sürətlə böyüyən bazarına zərbə vurması olub. Bu isə dəyəri 400 milyard dollar olan sənaye üçün növbəti ağır zərbə sayılır. Reuters dəqiqləşdirir ki, son üç ildə bu sahənin dəyəri azalıb.

“Lüks brendlər mart ayında Dubayın ən iri ticarət mərkəzlərindən biri olan Mall of the Emirates-də satışların ötən ilin eyni ayı ilə müqayisədə 30-50% azaldığını bildiriblər”, — agentliyə indiyədək dərc olunmamış məlumatlarla tanış olan mənbə deyib.

Bu rəqəmlər münaqişənin lüks sektoruna, xüsusilə də bu həftə rüblük satış hesabatlarını açıqlamalı olan LVMH, Kering və Hermes-ə təsirinin göstəricisi hesab olunur.

“Mall of the Emirates ticarət mərkəzinə gələnlərin sayı mart ayında 15% azalıb”, — mənbə bildirib. Həmin mərkəzdə LVMH-yə məxsus Louis Vuitton və Dior, Kering-ə aid Gucci, Richemont-un Cartier brendi, eləcə də Chanel və Rolex butikləri fəaliyyət göstərir. Burada, həmçinin qapalı xizək kurortu və wellness klinikası da yerləşir.

Turistlər arasında daha populyar olan daha iri Dubai Mall ticarət mərkəzində isə ziyarətçi axını təxminən 50% azalıb. Bunu həmin mənbə və sektordakı daha bir mənbə bildirib. Bu isə satışlarda daha böyük eniş ehtimalına işarə edir.

Son xəbərlər
Digər xəbərlər