10 C
Baku
Friday, December 13, 2024

LVMH holdinqi kapitallaşması 500 mlrd. dollara çatan ilk Avropa şirkəti olub

Fransanın LVMH (Louis Vuitton Moet Hennessy) holdinqi kapitallaşması 500 milyard dollara çatan ilk Avropa şirkəti olub. Çin iqtisadiyyatının bərpası və avronun dollar qarşısında möhkəmlənməsi fonunda holdinqin səhmləri bahalaşmağa davam edir.

Banker.az bu barədə The Bell nəşrinə istinadən xəbər verir.

Bazar ertəsi LVMH-nin kotirovkaları 0.3% artıb və hazırda şirkətin bazar dəyəri 454 milyard avroya çatıb ki, bu da bugünkü məzənnə ilə 500 milyard dollara bərabərdir. İlin əvvəlindən LVMH-nin səhmləri 32.9% bahalaşıb.

Şirkətin sahibi Bernar Arnonun sərvəti 212 milyard dollara qədər artıb. Bu, İlon Maskla müqayisədə təxminən 50 milyard dollar çoxdur. LVMH kapitallaşma baxımından bütün digər Avropa şirkətlərini əhəmiyyətli dərəcədə qabaqlayır. İkinci və üçüncü yerləri bazar dəyəri müvafiq olaraq 326 milyard avro və 272 milyard avro olan İsveçrənin “Nestlé” və Danimarkanın “Novo Nordisk” şirkətləri tutur.

Çinin iqtisadiyyatının bərpası digər lüks şirkətərə də müsbət təsir göstərib. Məsələn, L’Oréal ilin əvvəlindən 31.1%, Hermes isə 39.4% bahalaşıb.

Son xəbərlər
Digər xəbərlər