13 C
Baku
Friday, March 29, 2024

Mənsimovun Azərbaycandakı şirkəti “məcburi auditdən yayınma”ğa görə cərimələnir

Türkiyədə fəaliyyət göstərən azərbaycan əsilli milyarder Mübariz Mənsimovun Azərbaycandakı şirkəti cərimələnir.

Banker.az xəbər verir ki, “PALFOOD” MMC şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə cərimə protokolu tərtib edilərək Lənkəran Rayon Məhkəməsinə göndərilib.

İXM-nin 464-cü maddəsində “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə cərimlənirlər. Hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

Türkiyədə gəmiçilik və logistik xidmətləri həyata keçirən “Palmali” Şirkətlər Qrupu 2005-ci ildə Lənkəran şəhərində “NURSÜD” Süd və Süd Məhsulları Zavodunun tikib, zavod 2008-ci ilin fevral ayından fəaliyyət göstərir. Şirkət fəaliyyətə başladığı tarixdən “PALFOOD” MMC adı ilə fəaliyyət göstərir. Hazırda şirkətin 4 457 868 manat nizamnamə kapitalı vardır. Ölkədə “PalSüd” brendi ilə bazara məhsullar çıxarır.

Son xəbərlər
Digər xəbərlər