Mərkəzi Bank yerli banklar üçün bunu yenidən “güzəştə” gedir

Foto: Sabir Mirzə/ Banker.az

Azəbaycan Mərkəzi Bankının İdarə Heyətinin 2020-ci il 24 aprel tarixli qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası şəraitində kredit təşkilatlarının fəaliyyətinin müvəqqəti tənzimlənməsi Qaydası”nda dəyişikliklər edilib. Bu qaydanın qüvvədə olduğu tarixi 1 apreldən bu ilin 1 iyuluna qədər uzadıb.

Banker.az-ın əldə etdiyi sənəddəki məlumata əsasən, bununla bağlı qərarı AMB-nin sədri Elman Rüstəmov imzalayıb.

Sistem əhəmiyyətli banklar üzrə məcmu kapitalın adekvatlıq əmsalı olunmuş güzəştin müddəti 01 aprel 2021-ci il tarixdən 01 iyul 2021-ci il tarixinədək uzadılıb. Sistem əhəmiyyətli banklar üçün bu müddətə qədər məcmu kapitalın adekvatlıq əmsalı 11%-dən az ola bilməz. Qeyd edək ki, 2020-ci il yanvarın 1-dən yeni qaydaya görə bu 12%-dir.

Sistem əhəmiyyətli banklar istisna olmaqla, digər banklar üzrə məcmu kapitalın adekvatlıq əmsalı 01 iyul 2021-ci il tarixinədək 9 faizdən az ola bilməz. Normalda isə bu banklar üçün 10% müəyyən edilib.

Digər dəyişikliklər:

– 01 iyul 2021-ci il tarixinədək kontr-tsiklik kapital buferi 0 (sıfır) faiz müəyyən edilir.

– I dərəcəli kapitalın və məcmu kapitalın adekvatlıq əmsallarının hesablanması zamanı bazar və əməliyyat riskləri bu Qayda qüvvəyə mindiyi gündən 01 iyul 2021-ci il tarixinədək nəzərə alınmır.

 

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.