28 C
Baku
Saturday, July 27, 2024

Mərkəzi Bankdan ötən günkü valyuta hərracı ilə bağlı açıqlama

Azərbaycanda son hərraclarda valyutaya tələbin aktivləşməsi mövsümi xarakter daşıyır.

Banker.az-ın sorğusuna cavab olar Azərbaycan Mərkəzi Bankından bildirilir.

Belə ki, ötən gün, 13 fevral 2024-cü il tarixində keçirilmiş valyuta hərracında əvvəlki hərraclarla müqayisədə yüksək məbləğin yəni tələbin 151.1 mln. ABŞ dollar etmişdi ki, bu son hərraclarda qeydə alınmış yüksək rəqəmdir.

AMB cavabında qeyd edir ki, “bu əsasən bir sıra dövlət layihələrinin icrası və özəl sektorun idxal tələbi (o cümlədən ərzaq və kənd təsərrüfatı məhsulları) ilə əlaqədardır”.

Məlumat üçün qeyd edilir ki, 2024-cü ilin ötən dövründə valyuta hərraclarının 55%-də təklif tələbi üstələyir.

“Ümumilikdə isə qeyd etmək lazımdır ki, valyuta bazarı profisitli tədiyə balansı şəraitində fəaliyyət göstərir. Bu meyillərin davam etməsi halında 2024-cü ilin sonuna da cari əməliyyatlar hesabının profisitli olacağı gözlənilir”.

Ümumilikdə fevral ayında indiyə qədər dörd valyuta hərracı keçirilib və 370.9 mln. dollar satılıb. Ayların ilk 4 valyuta hərraclarını nəzərə alsaq 2022-ci ilin yanvarından bu tərəfə ən yuxarı göstəricidir.

Son xəbərlər
Digər xəbərlər