18 C
Baku
Sunday, April 28, 2024

Mədəniyyət Nazirliyinin yeni regional idarələrinin hamısında rəis təyinatları məlum olub

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsində təyinat olub.

Nazirlikdən cavab olaraq bildirilib ki, idarənin rəis vəzifələrinin icrası Pərvin Kazımova həvalə olunub.

Bununla da, Prezident İlham Əliyevin 23 fevral 2023-cü il tarixli Sərəncamına uyğun olaraq, Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələrində rəis təyinatlarının hamısı məlum olub.

Xatırladaq ki, Azərbaycan Respublikasının iqtisadi rayonlarının yeni bölgüsünə uyğun olaraq, nazirliyin Sumqayıt, Xaçmaz, İsmayıllı, Şəki, Kürdəmir, Ağstafa, Şəmkir, Gəncə, Bərdə, Ağcabədi, Ağdaş, Sabirabad, Biləsuvar, Masallı və Lənkəran regional mədəniyyət idarələri əsasında Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Lənkəran-Astara, Mərkəzi Aran, Mil-Muğan, Şəki-Zaqatala, Şərqi Zəngəzur və Şirvan-Salyan regional mədəniyyət idarələri yaradılıb.

Dövlət başçısının sözügedən Sərəncamına müvafiq olaraq, Mədəniyyət Nazirliyi tərəfindən yeni regional mədəniyyət idarələrinin strukturu və əsasnamələri təsdiq edilib.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər