6 C
Baku
Saturday, December 14, 2024

“Məhdudiyyətlər sərtləşdirməsə, 500 min insan ölə bilər”

“Avropa ölkələrində qışda koronavirusa qarşı məhdudiyyətlər sərtləşdirməsə, 500 min nəfər ölə bilər”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Bürosunun direktoru Hans Kluqe BBC-yə müsahibəsində bildirib.

ÜST rəsmisinin sözlərinə görə, bununla əlaqədar mütəxəssislər tibbi maska taxmağı davam etdirməyi, eləcə də hər kəsin peyvəndlənməsini tövsiyə edir: “Soyuq havaların yaxınlaşması, bir sıra ölkələrdə daha çox yoluxucu ştammların yaranmasına şərait yaradacaq. Artıq Avropada koronavirusun növbəti dalğası müşahidə olunur”.

O, əlavə edib ki, pandemiya ilə mübarizə üçün məcburi peyvənd yalnız son çarə kimi görünməlidir: “Bu məsələ ilə bağlı həm qanunvericilik müstəvisində, həm də ictimaiyyət arasında vaxtında müzakirələrə başlamaq zərurəti meydana çıxıb. Məcburi peyvəndləməyə qərar verməzdən əvvəl başqa vasitələrə, məsələn, azadlığı qətiyyən məhdudlaşdırmayan, əksinə, onu qoruyub saxlamağa kömək edən digər vasitələrə üstünlük vermək lazımdır”.

Son xəbərlər
Digər xəbərlər