“Məktəblərdə fəaliyyət göstərən məktəbəhazırlıq qruplarının ləğv edilməsi nəzərdə tutulmayıb”.
Bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu “Təhsil masası”nda deyib.
O qeyd edib ki, bu gün fəaliyyət göstərən həmin qrupların sayı 1-5 yaşlı uşaqları tam əhatə etmir: “Ona görə də məktəblərin nəzdində həmin qrupların yaradılması da məhz bu boşluqları doldurmaq üçün nəzərdə tutulub. Bu səbəbdən hazırda uşaqların məktəbəhazırlıq səviyyəsində əhatəliliyi 90 % civarındadır. Bağçadakı uşaqları da bura əlavə etdikdə bu göstərici təxminən 65 % olur. Odur ki, məktəblərdəki qrupların ləğvi düzgün qərar olmaz”.