İŞÇININ VƏZIFƏSI:
- Analitik və əməliyyat hesabatları üçün istifadəçi tələblərinin toplanması, texniki spekifikasiyaların (təfsilatların) hazırlanması;
- İstifadəçilərin tələblərinə cavab verən hesabatların tərtib olunması;
- Hesabat məlumatlarının reallığının yoxlanılması;
- Qərarvermə prosesini dəstəkləmək üçün tam və mükəmməl hesabat toplusunun yaradılması;
- Məlumat Bazası Hesabatları Anbarının (Database Reporting Warehouse) planlaşdırılması və yaradılması.
TƏLƏBLƏR:
- İnformasiya Texnologiyaları sahəsində ali təhsil;
- Məlumat bazasının idarə olunması və proqramlaşdırılması üzrə istənilən şəhadətnamə üstünlük sayılır;
- T-SQL,PL-SQL üzrə dərin bilik, mürəkkəb sorğular yazmaq və optimallaşdırmaq bacarığı;
- SQL Server və Oracle bazalarının proqramlaşdırması və idarə olunması üzrə dərin bilik, views, triggers, stored prosedurasının yaradılmasına dair praktik təcrübə;
- Proqram yazmaq üzrə təcrübə, VB, VBA, Vb.net, C++,C#, Delphi proqramlaşdırma dillərindən heç olmasa birində praktiki təcrübə;
- Hesabat sistemlərinə dair praktik təcrübə (Excel, Access, Crystal Report, Reporting Services);
- Şəbəkə, Active Directory, TCP/IP üzrə ümumi biliklər;
- Maliyyə, mühasibatlıq, bank əməliyyatları və mikromaliyyə üzrə ümumi biliklər;
- Azərbaycan və rus dillərində sərbəst danışmaq və yazmaq, texniki ingilis dili.
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№235/15) qeyd etməklə 10 İyun 2015-ci il tarixinədək göndərə bilərsiniz.
Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!
Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:
Ünvan: Bakı şəh, C.Cabbarlı küç., 44, Caspian Plaza 3-cü korpus, 8-ci mərtəbə.
Tel: (012) 596 33 85\86\87;
“FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.