1 C
Baku
Saturday, December 14, 2024

Mənbə: Vergi yoxlamalarının nəticəsi olaraq SOCAR-ın vitse-prezidenti vəzifəsindən kənarlaşdırılıb

Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) 2 gün əvvəl qurumda hərtərəfli vergi yoxlaması haqda informasiyanı təsdiq etdi.

Artıq neçə həftə idi müxtəlif KİV-lər, həmçinin məlumatlı mənbələr vaxtaşırı Azərbaycan Dövlət Neft Şirkətində qlobal yoxlamalar barədə məlumatlar verirdilər. SOCAR, şirkətin bütün strukturlarının və bölmələrinin yoxlamasını şərh edərək, Vergilər Nazirliyi tərəfindən aparılan auditi müntəzəm yoxlama kimi, hansı ki, ildə 2 dəfə həyata keçirilir, qiymətləndirdi.

Banker.az saytı bildirir ki, bu barədə məlumatlı mənbələrdən virtualaz.org saytına bildirilib.

Məlum olub ki, vergi yoxlaması nəticəsində SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılovun fəaliyyətində çoxsaylı pozuntular və mənimsəmələr aşkar edilib. Məlumata görə, Mikayıl İsmayılov şirkətin təchizat və satınalma məsələləri üzrə komissiya sədri vəzifəsindən kənarlaşdırılıb.

“Oğurluqların əsas hissəsi məhz bu sahələrə aiddir.” – deyə xəbərin müəllifi qeyd edir.

Məlumatlı mənbələr bildiriblər ki, təchizat və satınalma məsələlərinə şirkətin başqa vitse-prezidenti Elşad Nəsirov nəzarət edəcək.

Ancaq, əsas səlahiyyətlərini itirməsinə baxmayaraq, M.İsmayılov vəzifələrinin konkret dairəsi məlum olmadan rəsmi vitse-prezident postunu tutmaqda davam edir.

Son xəbərlər
Digər xəbərlər