9 C
Baku
Thursday, December 12, 2024

Mənzil seçimi ilə bağlı yenilik olacaq

“Gələcəkdə mənzil seçimi sisteminə müdaxilələrin qarşısını almaq üçün yeni təhlükəsizlik tədbirləri tətbiq edəcəyik”.

Bunu Mənzil İnşaatı Dövlət Agentliyində Aparat rəhbəri Fərman Qurbanlı bildirib.

“Həm demo versiya, həm də seçim forması istifadəçiləri üçün təqdim olunacaq”, – Qurbanlı qeyd edib.

Xatırladaq ki, “Güzəştli mənzil”lə bağlı nöqsanlar nəzərə alınaraq 30.03.2022-ci il tarixində keçirilmiş mənzil seçiminin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilib.

O, qeyd edib ki, yeni təhlükəsizlik sistemləri tətbiq ediləcək: “Sistemi elə hala gətirmək istəyirik ki, artıq demo versiya vasitəsilə hansısa proqramçılar seçimi sürətləndirmək üçün proqram təminatları hazırlaya və uyğunlaşdıra bilməsinlər”.

Son xəbərlər
Digər xəbərlər