Bunu dəqiq bilməlisiniz ki, istənilən vaxt şəxsi mənzilin 40 dəqiqəyə tamamı ilə yanıb kül ola bilər. Bu isə çox dəhşətli bir faktdır. əmlak yandığı zaman isə ziyanı qarşılamaq üçün kifayət qədər pul tələb olunur. Buna isə maddi vəziyyətiniz uyğun gəlməyə bilər. Lakin eviniz sığortalı olduğu zaman baş vermiş hadisələrin nəticəsi daha yaxşı ola bilər. əslində əhalinin əmlakını sığortalamamasına səbəb, bu barədə məlumatının olmamasıdır. Halbu ki, daşınmaz əmlakın sığortalanması üçün isə o qədər də çətin proses getmir.
Daşınmaz əmlakı necə sığortalamaq olar?
İlk öncə onun real bazar dəyərini müəyyən etmək lazımdır. Sız sığorta haqqı olaraq təyin edilmiş məbləğin müəyyən faizini ödəyəcəksiniz. Real bazar qiymətinin müəyyənləşdirilməsi üçün sığorta şirkətinin eksperti gəlir, evin rəsmləri çəkilir və s. qiymətləndirmə üçün uyğun şöbəyə göndərildikdən sonra hər iki tərəfin nəzarəti altında qiymətlər dəqiqləşdirilir. Əmlak hər iki tərəfin razılaşdırdığı məbləğə sığortalanır. Daşınmaz əmlakınız sığortalanması dedikdə, mənzilinizin, evinizin, bağınızın, ofisinizin, müəssisələr, zavodlar, anbarlar və s. nəzərdə tutulur.
Əmlak sığortasının aşağıda göstərilən 2 əsas növü vardır:
Bütün risklərdən sığortalanma – təminatı bütün risklərdən qorunmaq imkanı verir (müharibə, terrorizm, üsyan, vətəndaş müharibəsi, nüvə silahı ilə bağlı risklər və s. istisna olmaqla)
Paket şəklində olan risklərdən sığortalanma – yalnız sığorta paketinə aid edilən risklərdən qorunmaq imkanı verir.
Aşağıdakı hallarda sığorta xidmətindən istifadə edə bilərsiniz:
- yanğın, ildırım vurma, partlayış;
- zəlzələ, yer sürüşməsi, subasma, fırtına və s;
- yaşayış yerlərinə zorla daxil olma,oradan çıxma əlamətləri ilə müşayiət olunan oğurluq halları;
- suyun vurduğu ziyan;
- üçüncü şəxslərin qeyri-qanuni hərəkətləri;
- icarəyə götürənin məsuliyyəti;
- istehsalatda yaranan fasilə.
Evinizin yanğın və ya ya digər hadisələrdən sığortalanması zamanı ümumi olaraq sizdən aşağıdakı xərclər çıxacaq. Həmçinin yaşadığınız şəhərdən asılı olaraq məbləğlər fərqlidir.
Cədvələ nəzər yetirək.
Lakin daşınmaz əmlakın mənfi cəhəti də var. Aşağıdakı hallarda isə sığorta kompaniyası ödəniş etməkdən imtina edə bilir:
- fırıldaqçılıq halı sübuta yetirilərsə;
- əmlakla bağlı rəsmi sənədlər olmazsa;
- risk sığorta edilməyibsə;
- sığortaçının səhlənkarlığa yol verdiyi sübuta yetirilibsə.