Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda emissiya olunmuş kartlarla 80 milyard manatlıq dövriyyə qeydə alınıb.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) şöbə rəisi Ramil Mahmudov bildirib.
Onun sözlərinə görə, 10 aylıq dövriyyənin təxminən 700-800 min manatlıq hissəsi fırıldaqçılığın qurbanı olub.
“Bu dövriyyənin təkibində kiçikdir, ancaq say hesabı olaraq çoxdur”, – deyə AMB rəsmisi qeyd edib.