15 C
Baku
Saturday, May 18, 2024

Mərkəzi Bank: 2023-cü ilin ilk rübündə biznes kreditlərinin şərtlərində yumşalma gözlənilir

2022-ci ilin IV rübündə Azərbaycan banklar tərəfindən verilən biznes kreditləri üzrə standartlarda yumşalmalar baş verib.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının “Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri” ilə bağlı açıqlamasına qeyd edilir.

Yumşalma əsasən qısamüddətli və milli valyutada olan biznes kreditləri üzrə olsa da, uzunmüddətli kreditlərin verilmə şərtlərində də yumşalmalar müşahidə edilmişdir.

Sorğu nəticələrinə əsasən banklar xarici valyutada olan kredit siyasətini sərtləşdirsə də, IV rübdə sərtləşmənin əvvəlki rüblə müqayisədə daha aşağı olması müşahidə edilir.

Bütövlükdə, bankların 2023-cü ilin I rübü üzrə gözləntilərinə əsasən sektorda biznes kreditlərinin verilməsi üzrə standartlarda yumşalmaların davam edəcəyi gözlənilir.

2022-ci ilin IV rübündə bankların iqtisadiyyatın spesifik sahələri üzrə pozitiv gözləntiləri və kreditlərə tələbin artması biznes kreditləri, xüsusilə də KOS kreditləri üzrə kredit standartlarına yumşaldıcı təsir göstərmişdir. Sorğuya əsasən inflyasiya və uçot dərəcəsi sərtləşmələrə səbəb olan əsas makroiqtisadi göstəricilər olmuşdur.

Banklar ötən rüblərdən fərqli olaraq ümumi iqtisadi gözləntilərin 2022-ci ilin IV rübü ərzində kredit standartlarına yumşaldıcı təsir göstərdiyini bildirib. 2022-ci ilin III rübü ilə müqayisədə bankların kapital və likvidlik mövqeyinin biznes kreditləri üzrə standartlara təsiri aşağı olub.

 

1 3

Son xəbərlər
 ⁠
Digər xəbərlər