12 C
Baku
Friday, March 29, 2024

Mərkəzi Bank: Avtokreditlərdə ilkin ödənişin azaldılması araşdırılır

Azərbaycan Mərkəzi Bankı avtomobil kreditlərində ilkin ködəniş nisbətinin azaldılması üzrə araşdırmalar aparır.

Banker.az xəbər verir ki, bunu press-konfransda Mərkəzi Bankın departamentinin direktoru Leyla Nəbiyeva bildirib.

“Xüsusilə, elektrikli və hibrid avtomobillərin kreditləşdirliməsində müəyyən yeni normativlərin və güzəştlərin tətbiq edilməsi imkanlarını araşdırırıq”, -L.Nəbiyeva bildirir.

Avtomobil satışını həyata keçirən mağazalar avtokreditlər üçün ilkin ödəniş yeni avotomobillər üzrə hazırkı 40%-dən 20%-dək endirilməsini təklif edirlər.

Son xəbərlər
Digər xəbərlər