“Azərbaycan Kredit Bankı” tərəfindən bank olmayan kredit təşkilatı kimi fəaliyyət göstərməsi ilə bağlı Mərkəzi Banka rəsmi müraciət daxil olmayıb.
Bu barədə Mərkəzi Bankdan “APA-Economics”in sorğusuna cavab bildirilib.
Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyətinin 10 iyul 2015-ci il tarixli qərarı ilə “Azərbaycan Kredit Bankı” ASC-nin lisenziyası geri çağırılıb.