-1 C
Baku
Sunday, December 15, 2024

Mərkəzi Bank: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 62%-dən çox azalıb

2023-ci ilin üçüncü rübündə Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının (CƏH) profisi 6.7 milyard dollar təşkil edib.

Bunu keçirilən brifinqdə Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin direktoru Samir Nəsirov deyib. Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrünə nisbətən 2.6 dəfə azdır. Qeyd edək ki, 2022-ci ilin üçüncü rübündə CƏH-in profisiti 17.7 milyard dollar təşkil edib.

Cari əməliyyatlar hesabının ÜDM-də payı 12.5 %-ni təşkil edib. Ötən ilin eyni dövründə bu rəqəm 30.7% olub.

Neft-qaz sektoru üzrə CƏH-in profisiti ötən ilin müvafiq dövrünə nəzərən 43.8% azalaraq 12.1 mlrd. dollar, qeyri-neft sektoru üzrə CƏH-in kəsiri isə 44.2% artaraq 5.4 mlrd. dollar məbləğində olub.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər