15 C
Baku
Friday, March 29, 2024

Mərkəzi Bank “Gazelli Group”u xariclə valyuta əməliyyatlarına görə cərimələyir

Azərbaycanda kosmetika şirkəti  “Gazelli Group” MMC Azərbaycan Mərkəzi Bankı tərəfindən cərimələnir.

Bu barədə Banker.az-a məlumat daxil olan mənbələrin qeydlərində bildirilir.

Kosmetika şirkəti “Gazelli Group” barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilən cərimə protokolu 6 oktyabr 2021-ci il tarixdə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Bu maddə İXM-də valyuta tənzimi qaydaları pozulmasına görədir.

Belə ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

Şirkət nə zaman cərimələnir?

Sahibkar müqavilə bağlayaraq, xarici şirkətə ödəniş edib, sövdələşdiyi vaxt yox, 2 il müddət çərçivəsində malı həmin şirkətdən ya almalı, ya da ödədiyi maliyyə vəsaitini geri qaytarmalıdır. Bunlara əməl etmək mümkün olmadıqda isə sahibkarlara Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən, müqavilə məbləğinin 20-30 faizi civarında cərimə protokolu tərtib olunur.

“Gazelli Group” haqqında

Qeyd edək ki, “Gazelli Group” 1999-cu ildə dr. Zərifə Həmzəyeva tərəfindən təsis edilib.

Z.Həmzəyeva, Banker.az tərəfindən öncəki il tərtib edilən siyahıya görə, ölkədə fiziki şəxs kimi ikinci ən böyük bank səhmdarıdır.

 

Son xəbərlər
Digər xəbərlər