10 C
Baku
Friday, December 13, 2024

Mərkəzi Bank investisiya şirkətinin vəzifəli şəxsini cərimələyib

Azərbaycan Mərkəzi Bankının “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edib.

Banker.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

AMB tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində Şirkət “Qiymətli kağızlar bazarı haqqında Qanun”un 33.1-ci, “İnvestisiya şirkətləri tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası”nın 3.4-cü, 3.5-ci, 14.3-cü, 3.11-ci, 12.1-ci, 19.3.4-cü, 19.3.8-ci, 19.3.9-cu, 19.4.9-cu, 5.3-cü və 5.5-ci bəndlərinin, “Marja ticarəti Qaydası”nın 3.6-cı, 6.5-ci və 8.2-ci bəndlərinin tələblərinin pozulması səbəbilə onun vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 414-cü və 416.0.1-ci maddələrinə müvafiq olaraq ümumilikdə 6 200 manat məbləğində cərimə edilib.

Eyni zamanda, sözügedən nöqsan və çatışmazlıqların Şirkətin kapital adekvatlığına və maliyyə dayanıqlığına təsir etmədiyi müəyyənləşdirilmişdir”- deyə, AMB-dən bildirilir.

Son xəbərlər
Digər xəbərlər