15 C
Baku
Tuesday, April 23, 2024

Mərkəzi Bank kiçik və orta biznes üçün maliyyə savadlılığı təlimi keçirmişdir®

Bu gün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının birgə təşkilatçılığı ilə assosiasiyaya üzv şirkətlər üçün “Korporativ idarəetmə” və “Korporativ maliyyə” mövzularında təlim keçirilmişdir.

Təlim zamanı iştirakçılara korporativ idarəetmənin üstünlükləri, o cümlədən şəffaflıq və hesabatlılıq, məlumatların açıqlanması, kapital bazarlarına çıxış imkanlarının genişləndirilməsi, korporativ maliyyənin idarə olunması, bu istiqamətlərdə beynəlxalq təcrübə barədə məlumat verilib.

Bütövlükdə təlimdə əldə edilən bilik və bacarıqlar ölkədə kiçik və orta sahibkarlar üçün alternativ maliyyə mənbələrinə çıxış, eləcə də müasir korporativ idarəetmə prinsiplərinin tətbiqi baxımından mühüm rola malikdir.

Sonda mövzu ilə bağlı sahibkarları maraqlandıran digər məsələlər ətrafında müzakirələr aparılmış və onların sualları ətraflı cavablandırılıb.

Qeyd edək ki, sahibkarlar üçün bu təlim “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” adlı hədəfinin icrası ilə əlaqədar təşkil edilmişdir.

Mərkəzi Bank ilin qalan dövründə də sahibkarların maarifləndirilməsi istiqamətində təlim, seminar, treninq və bu kimi maliyyə savadlılığı tədbirlərini davam etdirəcəkdir. 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər