Əmanətlərin Sığortalanması Fondu artıq kredit üçün Azərbaycan Mərkəzi Bankına (AMB) müraciət edib.
Bu barədə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
A.Cavadov əlavə edib ki, öz növbəsində Mərkəzi Bank kreditin ayrılması üçün Maliyyə Nazirliyinə müraciət edib: “Bu gün kredit xəttinin açılması məsələsinin tamamlanması gözlənilir”.
O əlavə edib ki, kredit iki illik müddətə veriləcək.
Azad Cavadov: “Həm sığortalanan, həm də sığortalanmayan əmanətlər üzrə ödəniş olunacaq” https://t.co/jqWAHcBgKr
— Banker Azərbaycan (@BankerAz) 29 July 2016