1 C
Baku
Saturday, December 14, 2024

Mərkəzi Bank sədri: “2024-cü il Türkiyədə dezinflyasiya ili olacaq”

2024-cü il Türkiyədə dezinflyasiya ili olacaq.

Bunu Türkiyə Mərkəzi Bankının (TCMB) sədri Hafize Gaye Erkan TCMB-nin Nyu-Yorkda keçirilən tədbirində çıxışı zamanı bildirib. O qeyd edib ki, dezinflyasiya yolu sadəcə proqnoz deyil, buna nail olmaqda qərarlıdırlar.

TCMB sədri bank sektorunun monetar sərtləşdirmə prosesində möhkəmliyini və dayanıqlığını qoruduğunu və kapital buferlərinin kifayət qədər olduğunu da əlavə edib. Onun sözlərinə görə, Türkiyə lirəsi üzrə əmanətlər 4 ayda 2 trilyon TL artıb, valyuta məzənnəsi ilə qorunan depozit hesabı (KMM) 750 milyard TL, xarici valyutada əmanətlər isə 3 milyard dollar azalıb. Beləliklə, TL əmanətlərin payı 30%-dən 40%-ə yüksəldib. KKM 20 faizdən aşağı düşüb.

“Bizim əsas öhdəliyimiz inflyasiyanın azalmasına nail olmaqdır. Valyuta ehtiyatlarını gücləndirməyə davam edəcəyik və ehtiyatların artırılmasında artıq ciddi irəliləyiş əldə etmişik” – Hafize Gaye Erkan əlavə edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər