6 C
Baku
Sunday, December 15, 2024

Mərkəzi Bank sığorta agenti “Silk Rovv Travel”nin lisenziyasını ləğv edib

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 4 aprel 2023-cü il tarixli qərarı ilə siyahıda göstərilən şirkətlərdən birinin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib.

Bu barədə Banker.az-a Azərbaycan Mərkəzi Bankından bilrirlir.

Lisenziyası ləğv edilən şirkət “Silk Rovv Travel” MMC-dir. Requlyator ona lisenziyanı 2020-ci ilin iyulunda vermişdi.

Xatırladaq ki, “Silk Rovv Travel” MMC 2016-cı ildə təsis edilib, 200 manat nizamnamə kapitalı var. Qanuni təmsilçisi Niyazi Həsənov Sabir oğludur.

Sığorta agenti – Sığortaçı ilə bağladığı tapşırıq müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta agenti sığortaçının adından və onun verdiyi səlahiyyətlər daxilində sığorta müqavilələrinin bağlanmasında, davam etdirilməsində və ya yenilənməsində, habelə tərəflər arasında danışıqların aparılmasında vasitəçilik fəaliyyəti göstərən fiziki, yaxud hüquqi şəxsdir.

Son xəbərlər
Digər xəbərlər