3 C
Baku
Saturday, December 14, 2024

Mərkəzi Bank xariclə valyuta xətasına görə sement zavodunu cərimələyir

Azərbaycanda tikinti sektorunda fəaliyyət göstərən “Akkord”un törəmə şirkəti cərimələnir.

Banker.az xəbər verir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı “Qazax Sement Zavodu” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə cərimə protokolu tərtib edib, Nərimanov Rayon Məhkəməsinə göndərib.

Bu maddə İXM-də valyuta tənzimi qaydaları pozulmasına görədir.

Belə ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

Şirkət nə zaman cərimələnir?

Sahibkar müqavilə bağlayaraq, xarici şirkətə ödəniş edib, sövdələşdiyi vaxt yox, 2 il müddət çərçivəsində malı həmin şirkətdən ya almalı, ya da ödədiyi maliyyə vəsaitini geri qaytarmalıdır. Bunlara əməl etmək mümkün olmadıqda isə sahibkarlara Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən, müqavilə məbləğinin 20-30 faizi civarında cərimə protokolu tərtib olunur.

“Qazax Sement Zavodu” MMC 2013-cü ildə yaradılıb və 170 000 000 manat nizamnamə kapitalına sahibdir.

 

Son xəbərlər
Digər xəbərlər