10 C
Baku
Wednesday, December 11, 2024

Mərkəzi Bank xüsusi tənzimləmə rejiminin tətbiqi qaydalarını təsdiqləyəcək

Maliyyə xidmətlərinin (məhsullarının) test məqsədli alışı və xüsusi tənzimləmə rejiminin tətbiqi qaydaları müəyyənləşəcək.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 934-VIQD nömrəli Qanununun tətbiqi haqqında” fərmanda əksini tapıb.

Fərmana əsasən, Mərkəzi Banka pul nişanlarının reproduksiyası qaydasını altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tövsiyə olunub.

Eyni zamanda Mərkəzi Banka altı ay müddətində maliyyə xidmətlərinin (məhsullarının) test məqsədli alışı və xüsusi tənzimləmə rejiminin tətbiqi qaydalarını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tövsiyə edilib.

Eyni zamanda Mərkəzi Banka bu müddət ərzində, lisenziya və icazələrin verilməsi üçün təqdim olunan sənədlərin formasını və məzmununu və yoxlama haqqında hesabatın tərtib edilməsi qaydasını, habelə formasını və məzmununu Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tövsiyə edilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər