5 C
Baku
Saturday, December 14, 2024

Mərkəzi Bank yalnız bu halda faiz artımları ilə bağlı “pauza” verəcəyini açıqladı

Pul siyasətinə dair növbəti qərarlar inflyasiyanın xarici və daxili amilləri üzrə potensial risklərin reallaşma dərəcəsindən asılı olaraq veriləcək.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərəzi Bankından faiz dəhlizinin parametrləri ilə bağlı məlumatında bildirilir.

Növbəti pul siyasəti qərarlarının qəbulu üçün makroiqtisadi proqnozlar rüblük əsasda yenilənəcəkdir.

Mərkəzi Bank bundan sonra da məcmu tələbin izafi genişlənməsini məhdudlaşdırmaqla inflyasiya təzyiqlərini azaltmaq üçün sərəncamında olan bütün alətlərdən və mexanizmlərdən istifadə edəcəkdir.

İllik inflyasiya göstəricilərinin və proqnozlarının davamlı olaraq azalması halında ilk olaraq pul siyasətinin sərtləşdirilməsi üzrə pauza götürüləcək, sonra isə onun normallaşdırılması, yəni azaldılması imkanları nəzərdən keçiriləcək.

Faiz dəhlizinə dair qərar verərkən Mərkəzi Bank pul siyasətinin kumulyativ sərtləşmə dərəcəsini və onun inflyasiyaya ötürülməsi üçün tələb olunan zaman intervalını da nəzərə alacaq.

Xatırladaq ki, pul siyasәti ilə bağlı növbəti qərar barədə məlumat 2023-cü il mart ayının 29-da ictimaiyyətə açıqlanacaq.

4327482374324

Son xəbərlər
Digər xəbərlər