16 C
Baku
Thursday, May 2, 2024

Mərkəzi Bank yubiley və xatirə pul nişanlarının satışı ilə bağlı qaydaları dəyişib

Azərbayanda yubiley və xatirə pul nişanlarının satışı ilə bağlı qaydalarda dəyişiklik edilib.

Banker.az xəbər verir ki, bununla bağlı Mərkəzi Bank sədri Taleh Kazımov qərar imzalayıb.

Buna qədər, fiziki şəxslərin yubiley və xatirə pul nişanları “Elektron Xidmətlər Portalı” vasitəsi ilə ödəməyə bilirdilər, lakin yeni qaydaya görə, bilavasitə Mərkəzi Bankın kassalarında Mərkəzi Bankın hesabına ödəniləcək.


DƏYİŞİKLİK TAM OLARAQ

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin

QƏRARI

 

№ 43/1

 

Bakı şəhəri                                                                       “28” sentyabr 2022-ci il

 

Azәrbaycan Respublikası Mәrkәzi Bankının İdarә Heyәtinin 2020-ci il 11 avqust tarixli 38/1 nömrəli Qәrarı ilә tәsdiq edilmiş “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tədavülə buraxılan yubiley və xatirə pul nişanlarının satışı Qaydası”nda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci maddəsinə əsasən

 

QƏRARA ALIR:

 

  1. Azәrbaycan Respublikası Mәrkәzi Bankının İdarә Heyәtinin 2020-ci il 11 avqust tarixli 38/1 nömrəliQәrarı ilә tәsdiq edilmiş “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tədavülə buraxılan yubiley və xatirə pul nişanlarının satışı Qaydası”nda dəyişikliklər təsdiq edilsin (əlavə olunur).
  2. Hüquq departamentinə (Rəna Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

 

Mərkəzi Bankın sədri                                                                    Taleh Kazımov

 

 

  “Tәsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Mәrkәzi Bankı

Qәrar № 43/11

“28” sentyabr 2022‑ci il

 

Azәrbaycan Respublikası Mәrkәzi Bankının İdarә Heyәtinin 2020-ci il 11 avqust tarixli 38/1 nömrəli Qәrarı ilә tәsdiq edilmiş “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tədavülə buraxılan yubiley və xatirə pul nişanlarının satışı Qaydası”nda dəyişikliklər

Azәrbaycan Respublikası Mәrkәzi Bankının İdarә Heyәtinin 2020-ci il 11 avqust tarixli 38/1 nömrəli Qәrarı ilә tәsdiq edilmiş “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tədavülə buraxılan yubiley və xatirə  pul nişanlarının satışı Qaydası”nda aşağıdakı dәyişikliklәr edilsin:

  1. 3.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“3.4. Mərkəzi Bank tərəfindən yubiley və xatirə pul nişanlarının satışı zamanı ödənişlər “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci və 3.4.11-ci maddələrinin tələbləri nəzərə alınmaqla nağdsız qaydada həyata keçirilir.”;

  1. aşağıdakı məzmunda3.5-1-ci bənd əlavə edilsin:

“3.5-1. Digər hüquqi şəxslərə yubiley və xatirə pul nişanlarının satışı, o cümlədən  hüquqi şəxslər vasitəsilə yubiley və xatirə pul nişanlarının satışı Mərkəzi Bankla həmin hüquqi şəxslər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.”;

  1. 3.6-cı bənddə“Digər hüquqi və” sözləri “Mərkəzi Bank tərəfindən” sözləri ilə əvəz edilsin;
  2. 3.8-ci bənd aşağıdakı redaksiyada verilsin:

“3.8. Fiziki şəxslər tərəfindən yubiley və xatirə pul nişanlarının satış qiyməti bilavasitə Mərkəzi Bankın kassalarında Mərkəzi Bankın hesabına ödənildikdə, yubiley və xatirə pul nişanları aşağıdakı prosedurlar əsasında əldə edilir:”;

  1. 3.8.1-ci yarımbənd ləğv edilsin;
  2. 3.8.3-cü yarımbəndin birinci cümləsində “kassa mədaxil” sözlərindən sonra “orderini” sözü, “(Əlavə 3)” sözlərindən sonra “(yubiley və xatirə pul nişanlarının satış qiyməti bank hesabı vasitəsilə ödənildiyi hallar istisna olmaqla)” sözləri əlavə edilsin, ikinci cümləsində “əməkdaşları” sözü “xəzinədarı” sözü ilə əvəz edilsin;
  3. Qaydaya 1 nömrəli Əlavənin 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“1. Alıcı, o cümlədən əcnəbi və vətəndaşlığı olmayan şəxs və ya onun nümayəndəsi (bundan sonra – Alıcı) Mərkəzi Bankın “Elektron Xidmətlər Portal”ı vasitəsi ilə “Yubiley və xatirə pul nişanlarının onlayn satış sistemi”ndə İstifadəçi FİN-i, Asan imza və ya elektron imza vasitəsilə qeydiyyatdan keçir və elektron kabinet yaradır.”;

  1. Qaydaya 2nömrəli Əlavədə “Bakı şəhəri” sözləri “___________________________”

(Aktın imzalandığı yer)

sözləri ilə əvəz edilsin;

  1. Qaydaya 3 və 4 nömrəli Əlavələrdə “Nəzarətçi (Rəhbər)”, “Mühasib (Baş mühasib)” və “İcraçı” sözləri çıxarılsın.

 

QAYDANIN TAM VERSİYASI:

  “Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Mərkəzi Bankı

Qərar № 38/1

11 avqust 2020-ci il

 

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tədavülə buraxılan yubiley və xatirə pul nişanlarının satışı Qaydası

 

  1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü və 38.2-ci maddələrinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) tərəfindən tədavülə buraxılan yubiley və xatirə pul nişanlarının satışı qaydalarını müəyyən edir.

1.2. Azərbaycan Respublikasında yubiley və xatirə pul nişanlarının tədavülə buraxılması hüququ müstəsna olaraq Mərkəzi Banka məxsusdur.

1.3. Yubiley və xatirə pul nişanları Azərbaycan Respublikasının qanuni ödəniş vasitəsidir və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən respublikanın bütün ərazisində nominal dəyərləri ilə hər növ ödənişlərin həyata keçirilməsi, hesablara daxil edilməsi və pul köçürmələri zamanı hökmən qəbul edilir.

1.4. Yubiley və xatirə pul nişanlarının tədavülə buraxılması, onların texniki göstəriciləri, nominal dəyəri, gündəlik satış qiymətləri (qiymətli metalların dünya bazarındakı qiymətlərindən asılı olaraq), satış vaxtları barədə məlumatlar Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilir.

 

  1. Anlayışlar

 

2.0. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.0.1. yubiley və xatirə pul nişanı – Mərkəzi Bank tərəfindən ölkənin tarixini, incəsənətini, dövlətçilik ənənələrini, görkəmli şəxsiyyətlərini, ictimai, siyasi və digər əlamətdar hadisələrini, ölkənin flora və faunasını və sair mövzuları tərənnüm edən qiymətli və digər metallardan hazırlanmış məhdud sayda tədavülə buraxılan pul nişanı;

2.0.2. Elektron Xidmətlər Portalı – Mərkəzi Bank tərəfindən həyata keçirilən elektron xidmətlərin mərkəzi informasiya sistemi;

2.0.3. Yubiley və xatirə pul nişanlarının onlayn satış sistemi – Mərkəzi Bankın yubiley və xatirə pul nişanlarının real vaxt rejimində satışı üzrə informasiya sistemi;

2.0.4. CMS – Mərkəzi Bankda nağd pul və qiymətlilərlə əməliyyatların qeydiyyatını aparan, habelə bu əməliyyatlarla bağlı məlumatları və hesabatlığı təmin edən Nağd Pulun İdarəetmə Sistemi.

 

  1. Tədavülə buraxılan yubiley və xatirə pul nişanlarının satışının təşkili

 

3.1. Yubiley və xatirə pul nişanları Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə tədavülə buraxılır. Hər bir qiymətli metaldan hazırlanmış yubiley və xatirə pul nişanı üçün həqiqilik sertifikatı hazırlanır. Sertifikatda müvafiq pul nişanının dizaynının mövzusu barəsində ümumi məlumat, onun texniki göstəriciləri və buraxılış limiti göstərilir.

3.2. Mərkəzi Bank tərəfindən yubiley və xatirə pul nişanlarının buraxılış miqdarından və Mərkəzi Bankın ehtiyatlarında saxlanılan sayından asılı olaraq satış limiti müəyyən edildikdə bu barədə məlumat Mərkəzi Bankın rəsmi internet səhifəsində və “Yubiley və xatirə pul nişanlarının onlayn satış sistemi”ndə yerləşdirilir.

3.3. Yubiley və xatirə pul nişanlarının satış qiyməti Mərkəzi Bankın İdarə Heyəti tərəfindən istehsal xərcləri, qiymətli metalların bazar qiyməti və digər xərclər (daşınma, sığorta və s.) nəzərə alınmaqla müəyyən edilir.

3.4. Mərkəzi Bank tərəfindən yubiley və xatirə pul nişanlarının satışı zamanı ödənişlər “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci və 3.4.11-ci maddələrinin tələbləri nəzərə alınmaqla nağdsız qaydada həyata keçirilir. [1]

3.5. Banklara və poçt rabitəsinin milli operatoruna Mərkəzi Bank tərəfindən yubiley və xatirə pul nişanlarının satışı CMS üzərindən sifariş əsasında həyata keçirilir.

3.5-1. Digər hüquqi şəxslərə yubiley və xatirə pul nişanlarının satışı, o cümlədən  hüquqi şəxslər vasitəsilə yubiley və xatirə pul nişanlarının satışı Mərkəzi Bankla həmin hüquqi şəxslər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. [2]

3.6. Mərkəzi Bank tərəfindən fiziki şəxslərə (bundan sonra – Alıcı) yubiley və xatirə pul nişan(lar)ının satışı Mərkəzi Bankın “Elektron Xidmətlər Portalı”nda “Yubiley və xatirə pul nişanlarının onlayn satış sistemi” vasitəsi ilə (bu Qaydanın 3.8-ci bəndində nəzərdə tutulmuş hal istisna olmaqla) aşağıdakı qaydada həyata keçirilir: [3]

3.6.1. “Yubiley və xatirə pul nişanlarının onlayn satış sistemi”ndə:

3.6.1.1. Alıcı və ya onun nümayəndəsi ilk dəfə sistemə daxil olduqda bu Qaydaya Əlavə 1-də göstərilən təlimata uyğun olaraq qeydiyyatdan keçib elektron kabinet yaradır və sistemdəki hesabına daxil olur;

3.6.1.2. sistemə təkrar giriş zamanı Alıcı və ya onun nümayəndəsi elektron kabinet vasitəsi ilə sistemdəki hesabına daxil olur;

3.6.2. Alıcı və ya onun nümayəndəsi bu Qaydaya Əlavə 1-də göstərilən təlimata uyğun olaraq “Yubiley və xatirə pul nişanlarının onlayn satış sistemi”ndə almaq istədiyi yubiley və xatirə pul nişan(lar)ını seçir və həmin pul nişan(lar)ının təhvil alınacağı vaxtı, habelə Mərkəzi Bankın satış məntəqəsini (Mərkəzi Bank və ya onun ərazi idarələri) müəyyən edir;

3.6.3. Alıcı və ya onun nümayəndəsi yubiley və xatirə pul nişan(lar)ının bu Qayda ilə müəyyən edilmiş satış şərtlərinə razılıq verdikdən sonra “Yubiley və xatirə pul nişanlarının onlayn satış sistemi”ndə bank hesabından ödənişi həyata keçirir;

3.6.4. Alıcı və ya onun nümayəndəsi yubiley və xatirə pul nişan(lar)ını sistemdə seçdiyi vaxtda Mərkəzi Bankın müvafiq satış məntəqəsindən əldə edir;

3.6.5. Alıcı və ya onun nümayəndəsi yubiley və xatirə pul nişan(lar)ını əldə etmək üçün şəxsiyyətini (nümayəndə həmçinin səlahiyyətini) təsdiq edən sənəd(lər)i Mərkəzi Bankın müvafiq satış məntəqəsinin xəzinədarına təqdim edir. Sənəd(lər)də uyğunsuzluq aşkarlandıqda bu barədə Alıcı və ya onun nümayəndəsinə dərhal məlumat verilir və uyğunsuzluq aradan qaldırılanadək yubiley və xatirə pul nişan(lar)ı təqdim edilmir;

3.6.6. təqdim edilmiş sənəd(lər)də uyğunsuzluq olmadıqda xəzinədar 2 (iki) nüsxədə təhvil-təslim aktını (Əlavə 2) tərtib edir. Akt xəzinədar, Alıcı və ya onun nümayəndəsi tərəfindən imzalanır. Aktın bir nüsxəsi yubiley və xatirə pul nişan(lar)ı ilə birlikdə Alıcıya və ya onun nümayəndəsinə təqdim edilir, digər nüsxəsi isə şəxsiyyəti təsdiq edən sənədin surəti (pul nişanı nümayəndəyə təqdim edildikdə, həmçinin nümayəndənin səlahiyyətini təsdiq edən sənəd) ilə birlikdə Mərkəzi Bankda saxlanılır.

3.7. Onlayn satın alınmış yubiley və xatirə pul nişan(lar)ı sistemdə seçilən vaxtda müvafiq satış məntəqəsindən əldə edilmədikdə Alıcı və ya onun nümayəndəsi ilə əlaqə yaradılır və razılaşdırılmış yeni vaxt müəyyən edilir. Alıcı və ya onun nümayəndəsi həmin vaxtda da yubiley və xatirə pul nişan(lar)ını Mərkəzi Bankdan təhvil almadıqda sifariş ləğv edilir və ödənilmiş məbləğ 3 (üç) iş günü ərzində Alıcının bank hesabına geri qaytarılır.

3.8. Fiziki şəxslər tərəfindən yubiley və xatirə pul nişanlarının satış qiyməti bilavasitə Mərkəzi Bankın kassalarında Mərkəzi Bankın hesabına ödənildikdə, yubiley və xatirə pul nişanları aşağıdakı prosedurlar əsasında əldə edilir: [4]

3.8.1. fiziki şəxs yubiley və xatirə pul nişan(lar)ının satın alınması üçün “Elektron Xidmətlər Portalı”nda müraciət yerləşdirir. Müraciətdə fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin seriya və nömrəsi, əlaqə məlumatları və almaq istədiyi yubiley və xatirə pul nişan(lar)ının adı və sayı barədə məlumatlar göstərilir; [5]

3.8.2. fiziki şəxs və ya onun nümayəndəsi Mərkəzi Bank tərəfindən müəyyən edilmiş satış vaxtlarında şəxsiyyətini (nümayəndə həmçinin səlahiyyətini) təsdiq edən sənəd(lər)i Mərkəzi Bankın müvafiq satış məntəqəsinin xəzinədarına təqdim etməklə yubiley və xatirə pul nişan(lar)ının satış qiymətini Mərkəzi Banka ödəyir;

3.8.3. Mərkəzi Bankın xəzinədarı yubiley və xatirə pul nişan(lar)ının satış qiymətinə görə 3 (üç) nüsxədə kassa mədaxil orderini (Əlavə 3) (yubiley və xatirə pul nişanlarının satış qiyməti bank hesabı vasitəsilə ödənildiyi hallar istisna olmaqla) və nominal dəyərinə görə 3 (üç) nüsxədə kassa məxaric orderini (Əlavə 4) tərtib edir. Orderlər Mərkəzi Bankın xəzinədarı və yubiley və xatirə pul nişan(lar)ını alan şəxs tərəfindən imzalanır. Orderlərin bir nüsxəsi yubiley və xatirə pul nişan(lar)ı ilə birlikdə alan şəxsə təqdim edilir, digər nüsxələr isə şəxsiyyəti təsdiq edən sənədin surəti (pul nişanı nümayəndəyə təqdim edildikdə, həmçinin nümayəndənin səlahiyyətini təsdiq edən sənəd) ilə birlikdə Mərkəzi Bankda saxlanılır. [6]

3.9. Yubiley və xatirə pul nişan(lar)ını təhvil alan şəxs pul nişanlarını bilavasitə Mərkəzi Bankın satış məntəqəsindən ayrılmadan yoxlamalıdır. Yoxlama zamanı hər hansı qüsur aşkar edildikdə həmin pul nişan(lar)ının dəyişdirilməsi tələb edilə bilər.

3.10. Satış məntəqəsini tərk etdikdən sonra alınmış yubiley və xatirə pul nişan(lar)ının Mərkəzi Banka geri qaytarılmasına və ya dəyişdirilməsinə yol verilmir.

 

 

 

  “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tədavülə buraxılan yubiley və xatirə pul nişanlarının satışı Qaydası”na Əlavə 1

 

Elektron kabinetin yaradılması və onlayn alışın həyata keçirilməsi üçün istifadəçi təlimatı

 

  1. Alıcı, o cümlədən əcnəbi və vətəndaşlığı olmayan şəxs və ya onun nümayəndəsi (bundan sonra – Alıcı) Mərkəzi Bankın “Elektron Xidmətlər Portal”ı vasitəsi ilə “Yubiley və xatirə pul nişanlarının onlayn satış sistemi”ndə İstifadəçi FİN-i, Asan imza və ya elektron imza vasitəsilə qeydiyyatdan keçir və elektron kabinet yaradır.[7]
  2. Elektron kabinet yaradıldıqdan sonra Alıcı “Yubiley və xatirə pul nişanlarının onlayn satış sistemi”ndəki hesabına daxil olur.
  3. Satın alınması nəzərdə tutulan yubiley və xatirə pul nişanı seçilir və “Səbətə at” düyməsi sıxılır.
  4. “Alış-verişə davam et” düyməsi sıxılmaqla alış üçün əlavə yubiley və xatirə pul nişanı seçilə, eləcə də “say” hissəsində alınacaq yubiley və xatirə pul nişanlarının sayı dəyişdirilə bilər. Yubiley və xatirə pul nişanlarının satış limiti müəyyən edildikdə, alınacaq pul nişanlarının sayı həmin limitlə məhdudlaşdırılır.
  5. Seçilən yubiley və xatirə pul nişan(lar)ı səbətə atıldıqdan sonra “Sifarişə başla” düyməsi seçilir.
  6. “Sifarişə başla” düyməsi seçildikdən sonra Alıcı haqqında məlumatlar ekranda göstərilir, eləcə də pul nişan(lar)ının təhvil alınması üçün “satış məntəqəsi”, “tarix” və “vaxt” seçimi imkanları yaranır.
  7. Açılan pəncərədə əlaqə vasitələri (elektron poçt və telefon nömrəsi) üçün nəzərdə tutulan xanalarda Alıcının əlaqə nömrəsi və elektron poçt ünvanı qeyd edilir və yubiley və xatirə pul nişan(lar)ının təhvil alınması üçün Mərkəzi Bankın satış məntəqəsi, eləcə də tarix və vaxt seçilir.
  8. “Növbəti” düyməsi sıxılır, açılan pəncərədə Alıcı haqqında, seçilmiş yubiley və xatirə pul nişan(lar)ı, Mərkəzi Bankın satış məntəqəsi, tarix və vaxt, eləcə də ödəniləcək satış məbləği haqqında məlumatlar və “satış şərtləri” xanası ekranda göstərilir.
  9. Alıcı “satış şərtləri” düyməsini sıxmaqla bu şərtlərlə tanış olur və “razıyam” düyməsini sıxmaqla alış prosesinə davam edir. Bu zaman Alıcı Mərkəzi Bank tərəfindən yubiley və xatirə pul nişan(lar)ının onlayn satışı ilə bağlı müəyyən edilən şərtləri qəbul etmiş sayılır. “Geri” düyməsi seçildikdə alış prosesinin davam etməsi üçün “növbəti” düyməsi aktivləşmir.
  10. “Növbəti” düyməsi seçilir və açılan “Sifarişin təsdiqi” pəncərəsində Alıcı alınacaq yubiley və xatirə pul nişan(lar)ı və onların qiymətləri haqqında məlumatlar və ödəniləcək məbləğ göstərilir.
  11. Sifariş təsdiq edildikdən sonra ödənişin həyata keçirilməsi üçün “Ödəniş et” düyməsi seçilir, Alıcının ödəniş kartının və ya bank hesabının rekvizitlərinin məlumatları daxil edilir.
  12. Ödəniş həyata keçdikdən sonra ödənişin qəbzi ekranda göstərilir. Alıcı qəbzi yadda saxlaya, çap edə və ya elektron poçt ünvanına göndərə bilər.
  13. Ödəniş həyata keçdikdən sonra Alıcı haqqında, eləcə də satın alınmış yubiley və xatirə pul nişan(lar)ı, ödənilən məbləğ, pul nişan(lar)ının təhvil alınması üçün seçilmiş tarix, vaxt və ünvan haqqında məlumatlar Alıcının elektron poçt ünvanına göndərilir.

 

 

 

 

  “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tədavülə buraxılan yubiley və xatirə pul nişanlarının satışı Qaydası”na Əlavə 2

 

Azərbaycan Respublikasının Mərkəzi Bankı
                 
Onlayn satın alınmış yubiley və xatirə pul nişan(lar)ının təhvil-təslim

 

AKTI

___________________________ [8] “___”___________ 20___
(Aktın imzalandığı yer)  
                 
                 
                 
                 
Alıcı (onun səlahiyyətli nümayəndəsi):    _______________________________________
                                                                        (soyadı, adı, atasının adı)
                 
                 
Onlayn satın alınmış yubiley və xatirə pul nişan(lar)ının adı: Sayı
1    
2    
3    
4    
5    
6    
7    
                 
 

Yubiley və xatirə pul nişan(lar)ının onlayn satış tarixi:

“___” ___________ 20___
                 
 

Təhvil verdim: _________________________________________________     ____________

                                           (Mərkəzi Bank əməkdaşının vəzifəsi, soyadı, adı və atasının adı)                       (imza)

 

 

Təhvil aldım: _________________________________________________     ____________

                                                  (Alıcının  soyadı, adı və atasının adı)                                                       (imza)

 

 

  “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tədavülə buraxılan yubiley və xatirə pul nişanlarının satışı Qaydası”na Əlavə 3

 

Azərbaycan Respublikasının Mərkəzi Bankı

 

KASSA MƏDAXİL ORDERİ №

Tarix (gün, ay, il)

Kimdən:

Debet

hesab N-si

Məbləğ
Alanın bankı: Kredit

hesab N-si

 

  Kod  
VÖEN  
Məbləğ yazı ilə:
Ödənişin təyinatı
İmzalar:

 

Ödəyən   Nəzarətçi   Mühasib   İcraçı   Xəzinədar
  (Rəhbər) [9] (Baş mühasib)    

 

 

 

  “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tədavülə buraxılan yubiley və xatirə pul nişanlarının satışı Qaydası”na Əlavə 4

 

Azərbaycan Respublikasının Mərkəzi Bankı

 

KASSA MƏXARİC ORDERİ №

Tarix (gün, ay, il)

Ödənilsin:

Debet

hesab N-si

Məbləğ
Alanın bankı: Kredit

hesab N-si

 

  Kod  
VÖEN  
Məbləğ yazı ilə:
Ödənişin təyinatı
Təqdim olunmuş sənəd  
 
Orderdə göstərilən məbləği aldım:

 

 

 

 

 

(imza)
İmzalar:

 

Nəzarətçi   Mühasib   İcraçı   Xəzinədar  
(Rəhbər) (Baş mühasib)      

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər