29 C
Baku
Sunday, June 16, 2024

Mərkəzi Banka yeni departament direktoru təyin edildi

Fuad Cəfərov Azərbaycan Respublikası Mərkəzi Bankının Strategiya və layihə idarəetməsi departamentinə direktor vəzifəsinə təyin edilib.

Banker.az xəbər verir ki, F. Cəfərov 2023-ci ilin fevral ayında “Mərkəzi Bank”ın heyətinə qoşulub. O, qeyd edilən tarixdən indiyə qədər şöbə rəisi vəzifəsində çalışırdı.

Fuad Cəfərov maliyyə sektorunda strategiya, transformasiya, layihə idarə olunması və təşkilatı inkişaf sahəsində 15 ilə yaxın təcrübəyə malikdir.

F. Cəfərov PAŞA Bank, ABB Bank kimi banklarda rəhbər vəzifələrdə fəaliyyət göstərib. Belə ki, PAŞA Bankın inkişaf strategiyasının hazırlanması və həyata keçirilməsində, ABB Bankın transformasiyasında, Azərikard prosessinq mərkəzinin inkişaf strategiyasının hazırlanmasında zəngin təcrübəyə malikdi.

Fuad Cəfərov Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr təhsili və Niderland Krallığında yerləşən Haaqa Universitetində biznesin idarə edilməsi (MBA) üzrə magistr dərəcəsi əldə edib. Müxtəlif illərdə ABŞ-da yerləşən Boston Kolleci, Mərkəzi Avropa Universitetində, Harvard Biznes Məktəbində (Online) ixtisaslaşmış proqramları bitirib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər