26 C
Baku
Friday, April 19, 2024

Mərkəzi Bankda investorların pozulmuş hüquqlarının bərpası müzakirə edilib

Azərbaycan Mərkəzi Bankında (AMB) investorların hüquqlarının qorunması, pozulmuş hüquqlarının qanunvericiliyin tələblərinə uyğun olaraq bərpa edilməsi, onların müraciət imkanlarının genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

Banker.az AMB-yə istinadən xəbər verir ki, qurumda “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” (AFBİA) İctimai Birliyi ilə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, birgə fəaliyyətin həyata keçirilməsi məqsədi ilə görüş keçirilib. Görüşdə qanunvericiliyin tələbləri ilə yanaşı, AMB-nin “Maliyyə institutlarında istehlakçıların şikayətlərinə baxılmasına dair Metodoloji Rəhbərlik” sənədinin əhəmiyyəti, mübahisələrin alternativ həlli üsulu kimi mediasiya institutunun zəruriliyi vurğulanıb, daxil olan müraciətlərə baxılması, araşdırılması, həll olunması, mediasiya təcrübəsinin artırılması imkanları nəzərdən keçirilib.

Son xəbərlər
Digər xəbərlər