10 C
Baku
Wednesday, December 11, 2024

Mərkəzi Bankdan özəl valyutadəyişmə məntəqələrinin fəaliyyətinə dair açıqlama: “Bu qanunsuzdur!”

Bakı şəhərində özəl valyutadəyişmə məntəqələrinin fəaliyyət göstərməsinə dair mətbuatda yayılan məlumatlara aydınlıq gətirərək bildiririk ki, hazırda yalnız banklar və onların filialları, eləcə də “Azərpoçt” MMC-nin filial və şöbələri valyuta mübadiləsi fəaliyyəti hüququna malikdirlər.

Bu barədə Banker.az-a AMB-dən deyilir.

“Azərbaycan Mərkəzi Bankı tərəfindən “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq digər hüquqi və fiziki şəxslərə valyuta mübadiləsi fəaliyyətinə lisenziya verilməmişdir. Əgər yuxarıda qeyd olunan təşkilatlardan başqa hər hansısa hüquqi və fiziki şəxs belə fəaliyyətlə məşğul olarsa bu qanunsuzdur” – deyə, məlumatda deyilir.

AMB bildirirb ki, media nümayəndələrinə belə məlumatları yaymazdan öncə Mərkəzi Bankla dəqiqləşdirmə aparmağı və qanunsuz valyuta mübadiləsi fəaliyyəti ilə məşğul olma hallarının qarşısının alınmasına ictimai dəstək göstərərək həqiqətən də belə faktlarla rastlaşarlarsa dəqiq ünvan göstərməklə informasiya verməyi tövsiyə edib.

Son xəbərlər
Digər xəbərlər