24 C
Baku
Friday, April 26, 2024

Mərkəzi Bankın “AniPay” ilə ödənişlərdə rekord – Ödənişların həcmi yarım milyardı keçib

Mərkəzi Bankın 2020-ci ildən işə saldığı “AniPay” ilə ödənişləri dekabrda “sıçrayışla” yüksəlib.

Bu barədə Banker.az-a Azərbaycan Mərkəzi Bankından məlumat daxil olub. Məlumata əsasən təkcə dekabrda 81.8 milyon manatlıq əməliyyat həyata keçib. Bu da da Ani Ödənişlər Sistemi üçün tarixi maksimumdu.

“AniPay” ilə 2022-ci ildə ümumilikdə 549.6 milyon manatlıq əməliyyat aparılıb. Bu da illik müqayisədə 269.6 milyon manat, yaxud, 96% yüksəlişdir.

Ani Ödəniş Sistemi 2020-ci ilin oktyabrından istifadəyə verilib. Müştərilərə bank xidmətlərindən məsafədən və sürətli istifadə imkanlarını təqdim edir.

Bu sistem vasitəsilə müştəri ödəniş əməliyyatlarının 24/7/365 rejimində bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlarla apara, fərdi sahibkar və hüquqi şəxslərin bank hesablarına milli valyutada pul vəsaiti göndərə bilir.

Sistemə hazırda 21 bank, Maliyyə Nazirliyi, Azərpoçt və İKZF inteqrasiya olunub. Sistem hələ ki, xidmət haqqı tutmur.

313131

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər