13 C
Baku
Tuesday, May 7, 2024

Mərkəzi Bankın “AniPay”i ilə əməliyyatların həcmi ₼1 mlrd.-a çatıb

2020-ci ilin sonunda işə düşən “AniPay” ilə ödənişlərin həcmi 2023-cü ildə də yeni rekord vurub.

Banker.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının Ani Ödənişlər Sistemi ilə 2023-cü ilin ilk 11 ayında 972.2 milyon manatlıq əməliyyat, ümumilikdə isə 529 milyon əməliyyat aparılıb.

Bu da illik müqayisədə 504.4 milyon manat və ya 2 dəfə artımdır.

“AniPay” ilə ötən ilin noyabrında 71.3 mln. manatlıq əməliyyat aparılıb.

Bir əməliyyata orta hesabla 1400 manatlıq əməliyyat aparılıb.

“AniPay” 2020-ci ilin oktyabrından fəaliyyətə başlayıb. Bu sistem işə düşdüyü gündən bu günə qədər 1 mlrd. 850 mln. manatlıq əməliyyatlar həyata keçirilib.

AniPay – Mərkəzi Bank tərəfindən yaradılmış və fiziki şəxslər, biznes qurumları və dövlət orqanları arasında ödəniş əməliyyatlarının 24/7/365 rejimində bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar vasitəsilə (FİN kod, VÖEN, mobil nömrə, e-poçt) aparılmasına imkan verən sistemdir. Bu sistemdən “AniPay” mobil tətbiqi və ya müştərisi olduğunuz bankın internet bankçılıq xidməti vasitəsilə qeydiyyatdan keçib istifadə edə bilərsiniz. Siz FİN-i və ya mobil telefon nömrənizi daimi istifadə etdiyiniz bank hesabınızla əlaqələndirib “AniPay”də qeydiyyatdan keçə bilərsiniz. “AniPay”ə qoşulmaq ödənişsizdir və əməliyyat aparmaq yalnız manat ilə mümkündür. Əməliyyat sayına limit tətbiq edilmir. Büdcə, kommunal, rabitə, cərimə, sığorta və digər ödənişlərin vahid platformadan toplanılmasının təmin edilməsi məqsədilə yaradılmış Hökumət Ödəniş Portalı (HÖP) da “AniPay”ə inteqrasiya edilib.

3434534534

Son xəbərlər
 ⁠
Digər xəbərlər