Azərbaycan Mərkəzi Bankı 6 oktyabr tarixinə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.
AMB-yə istinadən, ABŞ dollarının məzənnəsi 1,7002 manat olaraq sabit qalıb. Avrozonanın vahid valyutasının məzənnəsi bu gün 1,9994 manatdan 1,9891 manata kimi azalıb. Bu da avronun cari ilin 27 iyul tarixindən bu tərəfə ən aşağı göstəricisidir. Rusiya rublunun məzənnəsi isə 0,0295 manatda 0,0294 səviyyəsinə qədər azalıb.