22 C
Baku
Thursday, May 2, 2024

Mərkəzi Bankın sədri: Vergi güzəşti bitdikdən sonra fiziki şəxslərin depozitlərində artım tempi azalıb

Cari ildə fiziki şəxslərin əmanətlərində de-dollarlaşma davam edib. Fiziki şəxslərin xarici valyuta olan depozitləri 4.1 faiz bəndi azalaraq 35%-ə düşmüşdü.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

Taleh Kazımov qeyd edib ki, narahatlıq doğuran əsas məsələ fiziki şəxslərin əmanətlərin strukturudur: “Bu ilin fevral ayında vergi güzəşti bitdikdən sonra fiziki şəxslərin 30 min manata olan depozitlərində artım tempi azalıb. Vergi Məcəlləsində təklif olunan dəyişiklərdə bu fiziki şəxslərin stimullaşdırılması təklif olunur”.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər