Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Xalq qəzeti”nin 09.02.2017-ci il və 23.02.2017-ci il tarixli nömrələrində dərc edilmiş 8 lotdan ibarət açıq tenderdə Tender Komissiyasının 13 aprel 2017-ci il tarixli qərarı ilə lot 4 üzrə “Safe Life” MMC, lot 5 üzrə “İNPEKS.N” MMC, lot 6 üzrə “BLG” MMC və lot 7 üzrə “İnter Kontinental” MMC və “Şərqmotors” MMC qalib elan edilib. Bu barədə Banker.az-a Mərkəzi Bankdan məlumat daxil olub.
Qalib şirkətlərlə müvafiq satınalma müqaviləsi imzalanmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankı tenderə maraq göstərdiyinə görə bütün iddiaçılara öz təşəkkürünü bildirir, onlara işlərində müvəffəqiyyətlər arzulayır və tenderdə iştirak etmiş iddiaçılara gələcəkdə faydalı əməkdaşlıq etməyə ümid edir.






