Fransız idman malları şəbəkəsi “Decathlon” 2023-cü ilin oktyabrında Rusiyaya qayıtmağı planlaşdırır.
Bu barədə Rusiyanın “Mash Telegram” kanalı məlumat yayıb.
Portalın məlumatına görə, biznesin satışı artıq baş tutub – pullar köçürülüb, müqavilələr bağlanıb, bütün Rusiya üzrə 90-a yaxın mağaza, qalan mallar isə yeni komandaya verilib.