10 C
Baku
Thursday, December 12, 2024

Məşhur internet-şirkətlər necə pul qazanır?

Facebook, Twitter və LinkedIn kimi sosial şəbəkələrdə qeydiyyatdan keçmək ödəniş tələb etmir. Hər hansı bir internet istifadəçisi istənilən anda pulsuz şəkildə nəhəng axtarış saytı olan Google-dan istədiyi məlumatı axtara bilər. Həmin istifadəçi bununla yanaşı Spotify, App Store,  WordPress, YouTube və s.dən də eyni rahatlıqla istifadə edə bilər.  Bütün bu sosial şəbəkə və saytlardan istifadə ödənişsiz olsa da, bu həmin şirkətlərə “yaxşı pul” qazanmağa mane olmur. Bəs onlar necə pul qazanır?

İnternetdən gəlir əldə etməyin ənənəci üsulu reklam cəlb etmək və Freemium-dur. Sonuncu hər hansı bir servisin göstərdiyi premium-xidmətlərdir və təbii olaraq onların haqqını ödəmək tələb olunur. Məsələn, “online-hücrə” olan Dropbox 2 Gb-ı ödənişsiz olaraq təklif edir. Bundan çox ölçüyə görə isə ödəniş etmək tələb olunacaq.

Google şirkətinin əsas gəliri məzmun reklamlarının nümayiş etdirilməsidir. Məsələn, məişət texnikası ilə bağlı online mağaza axtardığınızda axtarış sistemi sizə “dürüst” linklərlə yanaşı, haqqı ödənilmiş linkləri də nümayiş etdirəcək. YouTube-da yeni Samsung smartfonunu haradan ala biləcəyiniz ilə bağlı video çarxa baxırsınız? Bu zaman xidmət sizə onu haradan ala biləcəyiniz ilə bağlı reklam edilən linki də təqdim edəcək. Hazırda Google şirkəti dünyanın məzmun reklam bazarının demək olar ki, 80%-ni idarə edir.

Facebook da gəlirinin əksər hissəsini reklamdan əldə edir. Gəlirin 15%-i istifadəçilər tərəfindən edilən mikro ödənişlərdən gəlir. İstifadəçilər tez-tez sosial şəbəkə daxilində virtual hədiyyə və məhsullar əldə edirlər. Facebook isə hər belə bir alış-verişdən komisyon haqqı tutur. Qeyd edək ki, 2010-cu ildə bu sosial şəbəkənin reklamdan əldə etdiyi gəlir ümumi gəlirin 95%-ni təşkil edirdi.

eBay online hərracı isə reklamdan və hər müqavilədən tutduğu faizdən gəlir əldə edir. Dünyanın ən məşhur şəxsi reklam saytı Craiglist-də gəlirini reklamdan əldə edir.

Twitter  idə gəlirinin 77%-ni reklamdan, digər hissəsini isə partnyor proqramlardan əldə edir.

Skype isə gəlirini ödənişli zənglərdən əldə edir. Bu ödənişli zənglərə isə istifadəçilərin IP-telefoniya vasitəsilə adi stasionar telefon nömrəsinə zəng etməsini mümkün edən xidmət daxildir.

Son xəbərlər
Digər xəbərlər