9 C
Baku
Thursday, December 12, 2024

Məşhur qida məhsullarının satışı qadağan olunub – Marketlərdən yığışdırlır

Son günlər bir sıra media orqanlarında və sosial şəbəkələrdə ölkəyə idxal olunan bəzi şirniyyat məhsulları ilə bağlı ümumiləşdirilmiş və dəqiq olmayan məlumatlar yayılır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) mətbuat xidmətinin rəhbəri Mansur Piriyev açıqlamasında deyib ki, qeyd olunan məhsullar (“Ozmo”, “Eti”, “Puf”, “Popkek limon”, “Popkek banan”, “Şölen”, “Tutku”, “Oqopoqo”, “Monte Lemo”şirniyyatları və “Banduel” məhsulları) müxtəlif partiyalarla ölkəyə xaricdən davamlı olaraq idxal olunur və İdxal olunuan qida məhsullarının hər bir partiyası qida təhlükəsizliyi baxımından ekspertizalara cəlb olunur.

“Məlumat verildiyi kimi, sentyabrın 22-dən etibarən yalnız sınaq nümunələri normalara cavab verməyən partiyaya aid olan “Ozmo”, “Eti”, “Puf”, “Popkek limon”, “Popkek banan”, “Şölen”, “Tutku”, “Oqopoqo”, “Monte Lemo”, şirniyyatları, “Banduel” (yaşlı noxud) qida məhsullarının satışı qadağan olunub və dərhal aidiyyəti şirkət tərəfindən həmin partiyaya aid olan məhsullar satış şəbəkələrindən geri çağırılıb. Hazırda satış şəbəkələrindən yığışdırılan həmin məhsullar müvafiq anbarlarda saxlanılır və araşdırma üzrə əlavə tədbirlər həyata keçirilməkdədir”.

Son xəbərlər
Digər xəbərlər